Aktiv və passiv seçki dairələri hansılardır?

 Aktiv və passiv seçki dairələri hansılardır?
  09 Fevral 2020    Oxunub:2256
Milli Məclisə seçkilərdə saat 12:00-a olan aktiv və passiv seçki dairələri açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) İnformasiya Mərkəzinin müdiri Fərid Orucov məlumat verib.

Onun sözlərinə görə, ən aktiv seçki dairəsi 1 saylı Şərur-Sədərək Seçki Dairəsidir. Bu dairədə 47.7 faiz (37 min 970 seçicidən 18 440 nəfər) seçici fəallığı qeydə alınıb.

Hələlik ən passiv dairə 29 saylı Səbail seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 10,2 % (38 min 858 seçicidən 4162 nəfər) təşkil edib.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki  





Xəbər lenti