“Seçki demokratik şəraitdə davam edir” - Türkiyəli müşahidəçi

  “Seçki demokratik şəraitdə davam edir” -    Türkiyəli müşahidəçi
  09 Fevral 2020    Oxunub:2803
“İnsanlar sərbəst şəkildə səs verirlər. Onlara təzyiq edilmir”.
Azvision.az xəbər verir ki, bunu Türkiyə Ali Seçki Qurumunun (YSK) Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə edən üzvü Yunus Akın deyib. YSK üzvü bildirib ki, seçki demokratik şəraitdə davam edir.

“Azərbaycan Mərkəzi Seçki Kommisiyasının dəvəti ilə müşahidəçi kimi gəlmişəm. İndiyə qədər seçki prosesi normal qaydada davam edir. Seçkilər şəffaf və ədalətli keçirilir. Problem və nöqsanla rastlaşmamışıq. İnsanlar sərbəst şəkildə səs verirlər. Hansısa təzyiq yoxdur. Çətinliklə qarşılaşmırlar. Arzu edirəm ki, seçkinin nəticələri Azərbaycan vətəndaşları üçün uğurlu olsun".

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Türkiyə   YSK   Seçki  





Xəbər lenti