Vyetnam müşahidə missiyası: “Seçkilər dinc və demokratik şəraitdə keçir”

  Vyetnam müşahidə missiyası:  “Seçkilər dinc və demokratik şəraitdə keçir”
  09 Fevral 2020    Oxunub:2767
Azərbaycana dörd gün əvvəl gəlmişəm. Biz ölkənin bəzi bölgələrinə, məsələn, Şəkiyə, Qəbələyə, eləcə də Azərbaycanın şimalındakı digər rayonlara baş çəkib, parlament seçkilərinə hazırlıq şəraiti ilə tanış olmuşuq.
Bunu Azvision.az -a açıqlamasında Vyetnam-Azərbaycan Dostluq Assosasiyasının sədri, Vyetnam müşahidə missiyasının rəhbəri, Vyetnam Milli Assambleyasının deputatı Nqiyem Vu Xay deyib. Onun sözlərinə görə, seçkilərə hazırlıq prosesi ən yüksək səviyyədədir, seçkilər çox yaxşı təşkil olunub.

“Beləliklə, Azərbaycan Konstitusiyasının 56-cı maddəsinin tələblərinin icrası tam surətlə həyata keçirilir. Bu maddəyə görə, hər bir Azərbaycan vətəndaşının seçmək, seçilmək və referendumda iştirak etmək hüququ var. Seçkilər hamı üçün demokratik və ədalətli keçirilir. Azərbaycan bu gün yeni parlamentini seçir. Bu parlament Azərbaycanın daha da çiçəklənməsinə və yeni uğurlar əldə etməsinə öz töhfəsini verəcək. Seçkilər dinc, demokratik yolla, qanun çərçivəsində keçirilir", - deyə vyetnamlı müşahidəçi əlavə edib.

Onun sözlərinə görə, Nizami rayonunda yerləşən 24 saylı seçki dairəsində heç bir qanun pozuntusu qeydə alınmayıb, əksinə yüksək seçici fəallığı müşahidə edilir.

Seymur Məmmədov
Tərcümə: Pərvanə Sultanova

Azvision.az


Teqlər: Vyetnam   Müşahidəçi   Seçki  





Xəbər lenti