Ən aktiv və ən passiv seçki dairələri

 Ən aktiv və ən passiv seçki dairələri
  09 Fevral 2020    Oxunub:3945
Milli Məclisə seçkilərdə saat 15:00-a olan aktiv və passiv seçki dairələri açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) İnformasiya Mərkəzinin müdiri Fərid Orucov məlumat verib.

Onun sözlərinə görə, ən aktiv seçki dairəsi 1 saylı Şərur-Sədərək Seçki Dairəsidir. Bu dairədə 61.4 faiz (37 min 970 seçicidən 23 736 nəfər) seçici fəallığı qeydə alınıb.

Hələlik ən passiv dairə 28 saylı Sabunçu üçüncü seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 18,6 % (53 min 4 seçicidən 10 min 299 nəfər) təşkil edib.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki   Parlament  





Xəbər lenti