“Seçkidə hamıya bərabər şərait yaradılıb” - MDB PA müşahidəçisi

“Seçkidə hamıya bərabər şərait yaradılıb” -  MDB PA müşahidəçisi
  09 Fevral 2020    Oxunub:3016
“İndiyədək bir neçə seçki məntəqəsində olmuşuq. Seçkilərin demokratik şəraitdə keçirilməsi üçün hər kəs üçün bərabər şərait yaradılıb”.
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PA) müşahidə missiyasının üzvü İqor Komarovski deyib.

İ.Komarovskinin sözlərinə görə, seçkilər sakit şəraitdə keçir. O əlavə edib ki, Azərbaycan xalqı ölkənin gələcək inkişafı üçün öz doğru seçimini edəcək.

“15 seçki məntəqəsində olmuşam. Seçkilər sakit məcrada keçir. Müşahidəçilərlə söhbət etdik və şikayətlərin olmadığını öyrəndik. Əminəm ki, seçki prosesi gün ərzində də konstruktiv keçəcək".

Azvision.az


Teqlər: MDBPA   Seçki   Müşahidə  





Xəbər lenti