“Sosial şəbəkələrdə yayılan bütün məlumatlar araşdırılacaq” - MSK sədri

“Sosial şəbəkələrdə yayılan bütün məlumatlar araşdırılacaq” -    MSK sədri
  09 Fevral 2020    Oxunub:9499
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

Azvision.az xəbər verir ki, MSK sədri sosial şəbəkələrdə paylaşılan bütün məlumatların araşdırılacağını bildirib. M.Pənahov qeyd edib ki, bu dəfə əvvəlkindən də kəskin və ciddi ölçü götürüləcək:
“Maarifləndirmə, təlimatlandırma baxımından bu qədər əziyyət çəkilib, kaşki bunlar olmazdı. Kimsə yerlərdə xoşagəlməz addımlar atırsa, qanunvericiliyə uyğun tədbirlər görüləcək. Bu prosesə on minlərlə insan cəlb olunub. Bu insanların müəyyən bir faizi görünür ki, qeyri-ciddi insanlardır. Həmin şəxslər prosesdə iştirak etməməlidirlər. Onlar haqqında ciddi ölçü götürüləcək”.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki   Məzahir-Pənahov  





Xəbər lenti