MSK-dan ölmüş şəxsin yerinə səs verilməsi iddialarına cavab

 MSK-dan ölmüş şəxsin yerinə səs verilməsi iddialarına cavab
  09 Fevral 2020    Oxunub:3612
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bir neçə ölmüş şəxsin yerinə səs verilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

Azvision.az xəbər verir ki, MSK sədri həmin şəxslərin adlarının komissiyaya təqdim edilməsini istəyib:
"Bu adları bizə verin ki, haqlarında ölçü götürək. Biz bilək ki, kim kimin əvəzinə səs verib. Belə pozuntu olubsa, əlbəttə, ölçü götürülməlidir. Məndə olan məlumata görə, dünyasını dəyişmiş şəxsə bildiriş göndərilmişdi. Biz onu araşdırdıq".

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki  





Xəbər lenti