Azərbaycanda 120 yaşlı qadın səs verib - FOTO
Yeddi övladı, 36 nəvəsi, 61 nəticəsi, 8 kötücəsi olan 1900-cü il təvəllüdlü Püstə Təhməzova deyib: “Sovetlər dövründə çox çətinliklər görmüşəm. Böyük Vətən müharibəsi illərində səhər buğda biçininə, günorta pambıq alağına, axşam darı yığımına getmişəm. Çətinliyimiz çox idi. İndiki dövr yaxşıdır. Bolluqdur, əmin-amanlıqdır. Mən də bütün seçkilərdə iştirak edirəm. Bu gün də istədiyim namizədə səs verdim".
Qeyd edək ki, 82 saylı Ağcabədi seçki dairəsi üzrə qeydə alınan seçicilərin 1067-nin yaşı 80-100 arası, 5 seçicinin yaşı isə 100-dən yuxarıdır. (AzərTAc)
Azvision.az
Teqlər: Seçki Deputat Parlament