MSK-ya 50-dən çox müraciət daxil olub

  09 Fevral 2020    Oxunub : 2004
 MSK-ya 50-dən çox müraciət daxil olub
Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının "Qaynar xətti"inə daxil olan müraciətlərin sayı açıqlanıb.

Bu barədə Azvision.az -a Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov məlumat verib.
Onun sözlərinə görə, bu saatadək MSK-nın "Qaynar xətt"inə 50-dən artıq müraciət daxil olub: "Bütün müraciətlər sorğu xarakterlidir. Ümumilikdə seçki ilə bağlı şikayət qeydə alınmayıb".

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: MSK   Seçki