MSK sədrinin müavini: “Məlumatlar ciddi şəkildə araşdırılacaq”

    MSK sədrinin müavini:  “Məlumatlar ciddi şəkildə araşdırılacaq”
  09 Fevral 2020    Oxunub:3163
“Sosial şəbəkələrdə yayılan məlumatlar Mərkəzi Seçki Komissiyası tərəfindən araşdırılacaq”.
Bunu Azvision.az -a açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov deyib.

MSK rəsmisi bildirib ki, məlumatların bir neçə mənbədən yayılması müşahidə edilir: "Hər zaman Mərkəzi Seçki Komissiyasına daxil olan şikayətlər dəqiqliklə araşdırılır, lazımı hüquqi addımlar atılır. O cümlədən sosial şəbəkələrdə yayılan məlumatlar da ciddi şəkildə araşdırılacaq".

R.Qasımov vurğulayıb ki, bir çox hallarda sosial şəbəkələrdə yayılan məlumatlar namizədlərin bir-birilə mübarizəsinin nəticəsi kimi ortaya çıxır.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki  





Xəbər lenti