Sumqayıtda seçici fəallığı müşahidə edilir - FOTOLAR

   Sumqayıtda seçici fəallığı müşahidə edilir -    FOTOLAR
  09 Fevral 2020    Oxunub:3677
Milli Məclisə seçkilərlə əlaqədar Sumqayıt şəhərində seçici fəallığı müşahidə edilir. Səhər saatlarından başlayaraq seçicilər seçki məntəqəsinə gələrək layiq bildikləri namizədə səs verirlər. Səsvermənin gedişini yerli müşahidəçilərlə yanaşı, beynəlxalq müşahidəçilər də izləyir.
44 saylı Sumqayıt–Xızı seçki dairəsi dairə seçki komissiyasının katibi Təravət Rəsulova Azvision.az -a açıqlamasında bildirib ki, səsvermə prosesində neqativ hal müşahidə edilməyib. Son məlumatlara görə, dairə üzrə 20 minə yaxın seçici səsvermə hüququndan istifadə edib. Hazırda seçici fəallığı davam edir. Seçkiləri izləyənlərdən 10-u beynəlxalq müşahidəçidir.



















Bəxtiyar Məmmədov
Azvision.az


Teqlər: Seçki  





Xəbər lenti