Azərbaycanda ən aktiv və passiv seçki dairələri - NƏTİCƏLƏR

 Azərbaycanda ən aktiv və passiv seçki dairələri -  NƏTİCƏLƏR
  10 Fevral 2020    Oxunub:3620
Fevralın 9-da Milli Məclisə keçirilən seçkilərdə aktiv və passiv seçki dairələri açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) İnformasiya Mərkəzinin müdiri Fərid Orucov məlumat verib.

Onun sözlərinə görə, ən aktiv seçki dairəsi 1 saylı Şərur-Sədərək Seçki Dairəsidir. Bu dairədə 76,1 faiz (37 min 970 seçicidən 29 419 nəfər) seçici fəallığı qeydə alınıb.

Ölkə üzrə ən passiv dairə 17 saylı Yasamal üçüncü seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 17,84 % (30 min 534 seçicidən 5 min 447 nəfər) təşkil edib.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki   Parlament  





Xəbər lenti