“Seçkilər yüksək səviyyədə təşkil olunub” - Beynəlxalq müşahidəçilər

“Seçkilər yüksək səviyyədə təşkil olunub” - Beynəlxalq müşahidəçilər
  10 Fevral 2020    Oxunub:3089
Azərbaycanda növbədənkənar parlament seçkiləri yüksək səviyyədə təşkil olunub.

Azvision.az xəbər verir ki, bunu Pakistanın İslamabad Qlobal və Strateji Araşdırmalar Mərkəzinin baş direktoru Xalid Teymur Əkrəm Bakıda keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, yeni seçilmiş parlamentin Azərbaycanın inkişafı və çiçəklənməsi üçün daha yaxşı işlər görəcəyinə əmindir.

Pakistan parlamentinin sabiq vitse-spikeri Murtuza Cavid Abbasi isə vurğulayıb ki, seçki ərəfəsində vəziyyəti müşahidə ediblər, Gəncədə və Naxçıvanda olublar. Bu gün səhər isə Bakıdakı bir sıra məntəqələrə baş çəkiblər.



Mərkəzi Asiya və Azərbaycan üzrə ekspert Mahmud Əsilxanın sözlərinə görə, müşahidə zamanı hər hansı pozuntuya rast gəlməyiblər: "Yeni formalaşacaq parlamentin Azırbaycanda siyasi sistemin müasirləşməsində və demokratikləşməsində vacib rol oynayacağına əminik".



Pərvanə Sultanova
Azvision.az


Teqlər: Seçki  





Xəbər lenti