“Seçkilər açıq, şəffaf və səmərəli keçirilib” - İsrailli müşahidəçi

  “Seçkilər açıq, şəffaf və səmərəli keçirilib” -    İsrailli müşahidəçi
  10 Fevral 2020    Oxunub:2770
“Azərbaycanda Milli Məclisə seçkilər açıq, şəffaf və səmərəli keçirilib”.
Azvision.az xəbər verir ki, bunu parlament seçkilərini izləyən İsraildən olan beynəlxalq müşahidəçi Roman Qureviç deyib. Seçki prosesini müsbət qiymətləndirən beynəlxalq müşahidəçi seçkilərdən bir neçə gün əvvəl Bakıya gəldiyini bildirib.

O, Bakıda 6 seçki məntəqəsində apardıqları müşahidələrə əsasən, səsvermədə çoxlu sayda gəncin iştirak etdiyini müsbət qiymətləndirərək deyib: “Seçkidə hər kəs öz işini bilirdi. Proses yüksək səviyyədə həyata keçirildi. Hər hansı bir qanun pozuntusu qeydə alınmayıb".

Digər müşahidəçi Boris Qrosman qeyd edib ki, Azərbaycanda keçiriləcək növbəti seçkilərdə beynəlxalq müşahidəçilər iştirak etməyə də bilər. Çünki Azərbaycan artıq tam şəffaf seçkilər keçirmək təcrübəsinə malikdir.

"Özünüz başqa ölkələrdə müşahidəçi kimi iştirak edə bilərsiniz. Seçkiyə valideynlər övladları, babalar, nənələr öz nəvələri ilə gəlirdilər. Belə soyuq, şaxtalı və küləkli havada seçicilərin səsverməyə gəlməsi çox sevindiricidir. İnsanların çox həvəslə, sevinərək seçkiyə gəldiyinin şahidiyəm".

B. Qrosman, həmçinin bildirib ki, İsrail Azərbaycanı sevir və dəstəkləyir. Azərbaycan və İsrail qardaş və dost ölkələrdilər: Müşahidəçi Aleksey Tessarskiy Azərbaycanda hər kəsin seçkidə fəal iştirak etdiyini vurğulayıb. “Çünki insanlar öz ölkələrinin gələcəyinə biganə deyillər”.

Azvision.az


Teqlər: Seçki   Parlament  





Xəbər lenti