“Əminliklə deyə bilərəm ki, seçkilər demokratik keçirildi” - Almaniyalı müşahidəçi

 “Əminliklə deyə bilərəm ki, seçkilər demokratik keçirildi” -    Almaniyalı müşahidəçi
  10 Fevral 2020    Oxunub:2974
“Əminliklə deyə bilərəm ki, Azərbaycanda parlament seçkiləri şəffaf və demokratik şəraitdə keçirildi”.
Azvision.az xəbər verir ki, bunu parlament seçkilərinin nəticələri ilə əlaqədar keçirilən mətbuat konfransında Almaniyadan olan beynəlxalq müşahidəçi, Almaniya Xarici İşlər Nazirliyinin keçmiş dövlət katibi Volf-Ruthart Born söyləyib.

O, Azərbaycanda keçirilən seçkilərdə artıq ikinci dəfədir müşahidəçi kimi iştirak etdiyini bildirib: "Seçki prosesini Bakı və Sumqayıtdakı məntəqələrdə müşahidə etdik. Bu gün həm də Dağlıq Qarabağ bölgəsi üzrə bir seçki məntəqəsində olduq. Müşahidələrimə əsasən deyə bilərəm ki, hər şey çox gözəl təşkil olunub və seçki yüksək səviyyədə həyata keçirilib”.

Bundestaqın keçmiş deputatı Steffen-Claudio isə Lemme 8 məntəqədə müşahidə apardığını və seçkilərin demokratik şəraitdə keçirildiyini bildirib: “Seçki prosesində heç bir qanun pozuntusu müşahidə etmədik. Proses şəffaf və ədalətli keçirilib”.

Müşahidəçi Urs Unkauf qeyd edib ki, çoxlu sayda gənc namizəd seçkilərdə mübarizə aparıb: “Bu, müsbət haldır. Seçkilərdə qadın namizədlərin iştirak etməsi də çox sevindiricidir. Yerli müşahidəçilərin seçki prosesini izləməsindən razı qaldım, səslərin düzgün qaydada və vaxtında hesablandığını müşahidə etdik”.

Azvision.az


Teqlər: Seçki  





Xəbər lenti