“Bu seçki digər ölkələrə nümunə göstərilə bilər” - ABŞ müşahidəçiləri

   “Bu seçki digər ölkələrə nümunə göstərilə bilər” -    ABŞ müşahidəçiləri
  10 Fevral 2020    Oxunub:3553
“Bir neçə məntəqədə səsvermə prosesini müşahidə etdik. Məntəqələrdə seçkilərin qaydalara uyğun keçirildiyinin şahidi olduq. Müşahidələrim zamanı heç bir insident qeydə alınmadı”.
Azvision.az xəbər verir ki, bunu Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə edən ABŞ-dan olan müşahidə missiyasının üzvü, Yəhudi Respublikaçılar Alyansının təsisçisi Mitç Silberman deyib.

Müşahidə missiyasının digər üzvü, San-Dieqo Universitetinin professoru Martin Kruminq bildirib ki, onlar Azərbaycanda azad seçkilər və demokratiya uğrunda mübarizəyə şahidlik ediblər. Onun sözlərinə görə, Azərbaycanda keçirilən seçki digər ölkələrə nümunə göstərilə bilər.

Digər amerikalı müşahidəçi, Buxara yəhudilərinin ABŞ və Kanada üzrə koordinatoru Rafael Nektal da müşahidələr zamanı qayda pozuntusunun aşkarlanmadığını vurğulayıb.

Azvision.az


Teqlər: Seçki  





Xəbər lenti