“Kimin əlində görüntü varsa, MSK-ya təqdim etsin” - Məzahir Pənahov

“Kimin əlində görüntü varsa, MSK-ya təqdim etsin” -  Məzahir Pənahov
  10 Fevral 2020    Oxunub:6013
“Milli Məclisə seçkilərlə bağlı sosial şəbəkələrdəki bütün görüntülər ciddi araşdırılacaq”.
Azvision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.

M. Pənahov deyib ki, kimin əlində görüntü varsa, MSK-ya təqdim etsin: “Hətta həmin videogörüntülərin surətini çıxarıb, qaytara bilərik. Bələdiyyə seçkiləri ilə müqayisədə parlament seçkiləri ilə bağlı araşdırma daha ciddi olacaq. Heç kimdə o səlahiyyət yoxdur ki, Azərbaycan ictimaiyyətinin gözləntilərinə kölgə salsın. MSK və aşağı seçki dairələri ictimaiyyətin tələblərinə cavab verməlidir. Ona görə də hər cür vətəndaş əlində olan bütün faktları MSK-nın aidiyyəti orqanlarına çatdırmalıdır”.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki   Parlament  





Xəbər lenti