“Səsvermədə hər hansı pozuntular görmədik” - Türk PA missiyasının rəhbəri

   “Səsvermədə hər hansı pozuntular görmədik” -    Türk PA missiyasının rəhbəri
  10 Fevral 2020    Oxunub:2691
“Azərbaycan vətəndaşlarını seçmək və seçilmək hüququ ilə tam təmin etdi. Biz əlamətdar dövrdə ölkəyə səfər etməkdən qürur duyuruq”.
Azvision.az xəbər verir ki, bu barədə Türk PA-nın beynəlxalq müşahidə missiyasının başçısı, Türkiyə Böyük Millət Məclisinin deputatı İsmet Uçma bildirib.

"Müşahidələr apardığımız seçki məntəqələrində səsvermə prosesində hər hansı pozuntular görmədik. İnsanların məntəqələrə sevinc hissi ilə səs verməyə, sanki bayrama gəlmələrini görmək çox həyəcanlandırıcıdır. Bizim üçün əhəmiyyətli amil namizədlərin maksimal sayda olmasıdır. Bundan başqa, bunun 20-30%-nin qadın olması çox sevindiricidir. İnşallah, bu seçkilər ölkəni və onun gələcək nəsillərini sonrakı inkişaf üçün möhkəm bünövrə ilə təmin edəcək", - İ.Uçma vurğulayıb.

Azvision.az



Teqlər: Türk-PA   Seçki  





Xəbər lenti