Qırğızıstan müşahidə missiyası: “MSK öz işini uğurla gördü”

Qırğızıstan müşahidə missiyası:  “MSK öz işini uğurla gördü”
  10 Fevral 2020    Oxunub:2058
Azərbaycanda keçirilən parlament seçkilərini izləmiş Qırğızıstan müşahidə missiyası Bakıda mətbuat konfransı keçirib.
Azvision.az xəbər verir ki, müşahidə qrupunun rəhbəri Almazbek Batırbekov Bakı, Şamaxı və Qobustanda yerləşən seçki məntəqələrində olduqlarını deyib. O, məntəqələrdə seçicilərlə və MSK üzvləri ilə görüşdüklərini, prosesin tam şəffaf keçdiyini bildirib.

A.Batırbekov, eyni zamanda MSK-nın öz işini uğurla gördüyünü, namizədlərin 20 faizinin gənclər və qadınlar olmasını müsbət qiymətləndirib.

Azvision.az


Teqlər: Qırğızıstan   Müşahidə  





Xəbər lenti