“Azərbaycanda yüksək seçici fəallığı müşahidə etdik” - GUAM PA

  10 Fevral 2020    Oxunub : 1561
 “Azərbaycanda yüksək seçici fəallığı müşahidə etdik” - GUAM PA
“Ötən gün xeyli seçki məntəqəsində olduq. Seçkilər yüksək səviyyədə təşkil olunmuşdu. Seçkilər azad və ədalətli keçirildi".
Azvision.az xəbər verir ki, bunu Ukraynadan olan müşahidəçi, Ukrayna Ali Radasının deputatı Marian Zabloskiy deyib.

Ukraynalı müşahidəçi seçkilərdə yüksək seçici fəallığını müşahidə etdiyini bildirib: “Azərbaycanda seçkilər beynəlxalq standart və tələblərə, həmçinin ATƏTAvropa Şurasının qaydalarına uyğun keçirilib. Seçki məntəqələrində seçicilərin sərbəst səs vermələri, müşahidəçilərin prosesi rahat izləmələri üçün hər bir şərait yaradılmışdı".

GUAM nümayəndə heyəti seçki komissiyalarının işi və ümumilikdə səsvermənin təşkili və keçirilməsi ilə bağlı heç bir iradının olmadığını vurğulayıb.

Azvision.az

Teqlər: Seçki   Müşahidəçi