Slovakiyalı deputat: “Seçkilər demokratik qaydada təşkil olunub”

  Slovakiyalı deputat: “Seçkilər demokratik qaydada təşkil olunub”
  10 Fevral 2020    Oxunub:2797
"Müşahidə apardığım bütün seçki məntəqələrində heç bir qanun pozuntusu ilə qarşılaşmadım".
Azvision.az xəbər verir ki, bunu Slovakiya parlamentinin müşahidə missiyasının üzvü, Slovakiya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Peter Marçek deyib.

Onun sözlərinə görə, Azərbaycanda keçirilən seçkilərdə hər şey demokratik qaydada təşkil olunub: "Məntəqələrdə vətəndaşlarla ünsiyyətdə olan zaman gördüm ki, onlar hamısı parlament seçkilərində iştirak etməkdə maraqlıdırlar”.

Azvision.az


Teqlər: Slovakiya   Müşahidəçi  





Xəbər lenti