Gəncədən Moskvaya uçan təyyarə məcburi eniş etdi

   Gəncədən Moskvaya uçan təyyarə məcburi eniş etdi
  10 Fevral 2020    Oxunub:2645
Sərnişinlərdən birinin halının pisləşməsi ilə əlaqədar olaraq "Buta Airways"in J2 9817 nömrəli aviareysində hava gəmisinin kapitanı Volqoqrad aeroportunda məcburi eniş etmək qərarı alın.
Azvision.az xəbər verir ki, bu barədə "Buta Airways"in yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, reys Bakı vaxtı ilə saat 12:49-da Volqoqradda uğurlu eniş edib. Təyyarə Gəncə-Moskva marşrutu üzrə reysi yerinə yetirirdi.

Sərnişinə tibbi kömək göstərildikdən sonra təyyarənin göstərilən marşrut üzrə uçuşu davam etdirəcəyi gözlənilir.

Azvision.az



Teqlər: ButaAirways   Təyyarə  





Xəbər lenti