Erməni əsgərin hansı şəraitdə öldüyü məlum olub

Erməni əsgərin hansı şəraitdə öldüyü məlum olub
  10 Fevral 2020    Oxunub:1812
Erməni əsgər Valeri Nelsonoviç Petrosyanın hansı şəraitdə öldüyü məlum olub.
Azvision.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, Azərbaycanın işğal edilmiş yaşayış məntəqələrində yerləşdirilən hava hücumundan müdafə bölməsində xidmət edən, 2019-cu ildə hərbi xidmətə çağrılmış 2001-ci il təvəllüdlü V.Petrosyan qərargahın qarşısında yerə yıxılaraq ölüb.

Araşdırmalar nəticəsində məlum olub ki, əsgər alayın tibb məntəqəsinə yüksək temperaturun olması ilə bağlı müraciət edibmiş. Amma həkim tibb mətəqəsində yer olmadığını bildirərək xəstəni qəbul etməyib və onu öz xidmət yerinə göndərib.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Erməni   Əsgər   Ölüm  





Xəbər lenti