Avtomobildə gizlədilən siqaretlər aşkarlandı

Avtomobildə gizlədilən siqaretlər aşkarlandı
  10 Fevral 2020    Oxunub:1843
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Mercedes-Benz 230" markalı avtomobillə gələn Azərbaycan Respublikasının vətəndaşı saxlanılıb və sorğu-sual olunub.
Dövlət Gömrük Komitəsindən Azvision.az -a verilən məlumata görə, vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və ya mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin kinoloji xidmət itinin tətbiqi ilə keçirilən yoxlama zamanı xidməti it avtomobilin arxa oturacaqlarına reaksiya verib. Təkrar baxış nəticəsində həmin oturacaqların altında "Pirveli" markalı 5600 ədəd siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DGK   Gömrük   Komitə  





Xəbər lenti