MSK-ya hələlik rəsmi şikayət daxil olmayıb

 MSK-ya hələlik rəsmi şikayət daxil olmayıb
  10 Fevral 2020    Oxunub:2164
"Milli Məclisə keçirilən seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına (MSK) hələlik rəsmi şikayət daxil olmayıb".
Azvision.az xəbər verir ki, bunu jurnalistərə açıqlamasında MSK sədrinin müavini Rövzət Qasımov deyib. Onun sözlərinə görə, rəsmi şikayət daxil olmasa da, hər hansı hal olan zaman MSK toplanacaq və öz fikrini bildirəcək.

R.Qasımov qeyd edib ki, əgər 2015-ildə keçirilən parlament seçkilərində 767 deputatlığa namizəd olubsa, builki seçkilərdə namizədlərin sayı 1314 nəfər təşkil edib:

“Bu ilki təşviqat kampaniyasında kifayət qədər fərqli mühit mövcud olub. Bütün namizədlər bütün lazımi vasitələrdən təşviqat kampaniyasında istifadə ediblər. Namizədlər tərəfindən bəzən qanunvericilikdə nəzərdə tutulmayan üsullardan da istifadə olunub. Biz seçki qanunvericiliyinin ruhunu əsas götürərək namizədlərin sərbəst və rahat şəkildə öz seçiciləri ilə təmasda olmaq, öz ismarıclarını çatdırmaq imkanlarına malik olmalarını bir məqsəd kimi qarşımıza qoymuşduq"

MSK sədrinin müavini vurğulayıb ki, builki parlament seçkiləri həm namizədlərin qeydiyyatı, həm də namizədlərin ismarıclarını seçicilərinə çatdırılması üçün mövcud olan imkanlar baxımından kifayət qədər zəngin seçkilər idi.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki  





Xəbər lenti