Məmmədyarov avstriyalı nazirlə görüşüb

Məmmədyarov avstriyalı nazirlə görüşüb
  10 Fevral 2020    Oxunub:2100
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Vyanaya səfəri çərçivəsində Avstriyanın Avropa və Beynəlxalq İşlər üzrə Federal naziri Aleksandr Şallenberq ilə görüşüb.
Xarici İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, görüşdə iki ölkə arasında əməkdaşlıq münasibətlərinin müxtəlif aspektləri üzrə ətraflı fikir mübadiləsi aparılıb və ölkələr arasında ikitərəfli münasibətlərin cari vəziyyətindən məmnunluq ifadə olunub.

Söhbət zamanı nazirlər ikitərəfli münasibətlərin inkişafı üçün qarşılıqlı səfərlərin intensivləşdirilməsinin vacibliyini vurğulayıblar. Həmçinin, Azərbaycan və Avstriyanın Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi müzakirə edilib.

Azərbaycanla Avstriyanın yüksək səviyyəli siyasi əlaqələrinin mövcudluğunu diqqətə çatdıran E. Məmmədayraov ölkələr arasında iqtisadi-ticarət, nəqliyyat, humanitar və digər sahələrdə də əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.

Avstriya şirkətlərinin Azərbaycanda əməkdaşlıq imkanlarına toxunularaq Azərbaycan ilə Avstriya arasında iqtisadi əməkdaşlığın gündən-günə möhkəmləndiyi və 60-a qədər Avstriya şirkətlərinin ölkəmizdə uğurla fəaliyyət göstərdiyi bildirilib.

Eyni zamanda, Avstriya ilə Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlığın vacibliyi vurğulanaraq Avstriya şirkətlərinin Azərbaycanın regionda yaratdığı nəqliyyat infrastrukturundan faydalana biləcəyi qeyd olunub. Görüşdə Azərbaycan-Avropa İttifaqı münasibətləri müzakirə olunbu və bu əlaqələrin inkişafına dəstək ifadə edilib.

Azvision.az


Teqlər: XİN   Elmar-Məmmədyarov  





Xəbər lenti