Peşəyönümü məsləhət xidməti göstərənlərə təlim keçirilib

  10 Fevral 2020    Oxunub : 1121
Peşəyönümü məsləhət xidməti göstərənlərə təlim keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin peşəyönümü məsləhət xidməti göstərən əməkdaşları üçün təlim keçirilib.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, təlimdə Bakı şəhərinin ümumtəhsil məktəblərində peşəyönümü məsləhət xidməti göstərən 25 əməkdaş iştirak edib.

Onlara peşəyönümü üzrə mütəxəssis, peşəyönümü üzrə praktik fəaliyyətin həyata keçirilməsi, məsləhət xidmətinin göstərilməsi, peşələrin təqdimatı, peşə maraqlarının diaqnostikası kimi mövzular tədris edilib.

Təlimlərin keçirilməsində məqsəd peşəyönümü məsləhət xidmətinin keyfiyyətinin artırılması və bu sahədə fəaliyyətin təkmilləşdirilməsidir.

Azvision.az

Teqlər: ƏƏSMN