İlham Əliyev iranlı həmkarını təbrik edib
“Əminəm ki, həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlarda, xüsusən Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığımız birgə səylərimizlə xalqlarımızın rifahı naminə bundan sonra daha da möhkəmlənəcəkdir”, - deyə Azərbaycan Prezidenti qeyd edib.
Prezident İlham Əliyev Prezident Həsən Ruhaniyə cansağlığı, işlərində uğurlar, dost İran xalqına daim sülh və firavanlıq diləyib.
Azvision.az
Teqlər: İlhamƏliyev Prezident İran Təbrik Ruhani