“Biz gördük ki, seçkilər rəqabət şəraitində keçdi” - Leonid Kalaşnikov

 “Biz gördük ki, seçkilər rəqabət şəraitində keçdi” -    Leonid Kalaşnikov
  11 Fevral 2020    Oxunub:3096
"Mən və yoldaşlarım dünən onlarla seçki məntəqəsində olduq. Biz gördük ki, seçkilər həm rəqabət şəraitində, həm şəffaf, həm də demokratik keçdi".

Azvision.az xəbər verir ki, bunu MDB İcraiyyə Komitəsi müşahidə missiyasının rəhbəri Leonid Kalaşnikov bu gün Prezident İlham Əliyevin qəbulunda deyib.
"Biz Mərkəzi Seçki Komissiyasının sədri ilə görüşdük. Dünən MDB-nin bəyanatı qəbul edildi. Böyük missiyadır, orada bir neçə ölkə, İcraiyyə Komitəsi, Parlamentlərarası Assambleya var. Zənnimizcə, hər şey ədalətli, şəffaf və demokratik keçdi. Mən çox gözəl anlayıram ki, bir çox digər beynəlxalq təşkilatlar var. Biz onlarla da görüşdük. Mən AŞPA-dan təzəcə qayıtmışam, orada Sizi tez-tez xatırlayırlar. Biz beynəlxalq parlament təşkilatlarında da işimizi davam etdirəcəyik. Yəqin ki, orada Sizin fəxr edəcəyiniz nəticə var. Bu gün səhər mən bir neçə beynəlxalq müşahidəçinin rəyini gördüm. Hamı obyektiv olaraq seçkilərin çox uğurlu keçdiyini deyir", - deyə Leonid Kalaşnikov vurğulayıb.

Azvision.az


Teqlər: LeonidKalaşnikov  





Xəbər lenti