Süni qida məhsullarının istehsalı ilə bağlı qadağa - QƏRAR

   Süni qida məhsullarının istehsalı ilə bağlı qadağa -    QƏRAR
  11 Fevral 2020    Oxunub:3188
Nazirlər Kabineti körpələr və erkən yaşlı uşaqlar üçün qida və ekoloji təmiz qida məhsulları istehsalı və satışının tənzimlənməsini nəzərdə tutan qərara aydınlıq gətirib.
Nazirlər Kabinetindən Azvision.az -a verilən məlumata görə, qərar bir neçə qanuna mühüm dəyişiklikləri nəzərdə tutur.

Məsələn, Qərarda nəzərdə tutulmuş "Körpələrin və erkən yaşlı uşaqların qidalanması və "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikası Qanununlarında edilmiş dəyişikliklər Azərbaycanda süni qida ilə bağlı istehsal, satış və idxal standartlarını müəyyənləşdirdiyi üçün həm iqtisadi, həm də qida təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir.

Qərar Azərbaycanda süni qidanın istehsalı, idxalı və satışı ilə məşğul olan şirkətlərin fəaliyyətini beynəlxalq standartlara uyğun olaraq tənzimləyən normativ-texniki və hüquqi aspektləri müəyyənləşdirir. Belə ki, bu Qərarla müəyyənləşdirilmiş standartlara uyğun sertifikatı olmayan şirkətlərin süni qida məhsullarını istehsal etməsi, hər hansı şirkət tərəfindən satışı və idxalı qadağan edilir.

Bu Qərarla müəyyənləşdirilən Sağlamlıq sertifikatı olmadan körpələr üçün nəzərdə tutulmuş süni qidalar həmçinin reklam oluna bilməz.

Azvision.az



Teqlər: Nazirlər-Kabineti   Qida   Satış  





Xəbər lenti