Məktəblərin maliyyələşdirmə normativləri müəyyənləşdi

Məktəblərin maliyyələşdirmə normativləri müəyyənləşdi
  11 Fevral 2020    Oxunub:2382
Nazirlər Kabineti “Dövlət ümumi təhsil müəssisəsini maliyyələşdirmə Normativləri”ni təsdiq edib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, bu normativlər Azərbaycan Respublikasının dövlət ümumi təhsil müəssisələrinin cari fəaliyyətini həyata keçirmək üçün büdcə vəsaitlərinə olan tələbatın proqnozlaşdırılması qaydasını özündə təsbit edir.

Dövlət ümumi təhsil müəssisələrinin növbəti maliyyə ili üçün xərc növləri üzrə maliyyələşdirmə normativlərinin həddinin formalaşması cari ildə bu sahəyə ayrılan faktiki büdcə təxsisatlarının (vəsaitlərinin) həddindən asılı olaraq müəyyənləşdiriləcək.

Azvision.az


Teqlər: Məktəb   Nazirlər-Kabineti  





Xəbər lenti