Tullantı sularının təkrar istifadəsi üzrə layihələr ekspertizadan keçiriləcək

Tullantı sularının təkrar istifadəsi üzrə layihələr ekspertizadan keçiriləcək
  11 Fevral 2020    Oxunub:2217
Nazirlər Kabineti sudan istifadə qaydalarına dəyişiklik haqda qərara aydınlıq gətirib.
Nazirlər Kabinetindən Azvision.az -a bildirilib ki, qərara əsasən, hər hansı şirkət su təchizatı və tullantı suların axıdılması ilə bağlı layihələr həyata keçirərkən onların ətraf mühitə təsirinin qiymətləndirilməsini aparmalı və ekoloji ekspertizanın müsbət rəyi olduğu təqdirdə həmin qurğuların işləməsinə icazə verilməlidir.

Eyni zamanda, tullantı sulların tənzimlənməsi və təkrar istifadəsi üzrə layihələr də müvafiq ekoloji ekspertizadan keçirilməlidir.

Bu Qərar ölkədə ekoloji durumun yaxşılaşdırılmasına, ətraf mühitin daha səmərəli qorunmasına, ekoloji siyasətin beynəlxalq standartlara uyğunlaşdırılmasına təkan verəcək.

Azvision.az



Teqlər: Nazirlər-Kabineti  





Xəbər lenti