Seçkilərlə bağlı MSK-ya daxil olan müraciətlərə baxıldı

Seçkilərlə bağlı MSK-ya daxil olan müraciətlərə baxıldı
  11 Fevral 2020    Oxunub:2582
Məzahir Pənahovun sədrliyi ilə fevralın 10-da Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.
Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, iclasda 2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətə baxılıb.

Vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması üçün daxil olan müraciət qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada, operativ şəkildə baxıldıqdan sonra müvafiq qərar qəbul olunub.

Seçkilərin müşahidəsində iştirak edən beynəlxalq təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.

Azvision.az



Teqlər: MSK   Seçki  





Xəbər lenti