Tbilisinin keçmiş meri yenidən həbs edildi

   Tbilisinin keçmiş meri yenidən həbs edildi
  11 Fevral 2020    Oxunub:2915
Gürcüstan Ali Məhkəməsi Tbilisinin keçmiş meri, müxalif “Avropa Gürcüstanı” partiyasının funksioneri Qiqi Uqulavanı yenidən həbsə məhkum edib.
Gürcüstan KİV-lərinin yaydığı məlumata görə, Tbilisi İnkişaf Fondunun 48 milyon laridən (16,8 milyon dollar) çox vəsaitini mənimsəməkdə təqsirli bilinən keçmiş merə 3 il 2 ay həbs cəzası verilib.

Xatırladaq ki, Uqulava 3 illik həbs cəzasından sonra 2017-ci ilin yanvarında sərbəst buraxılmışdı. Gürcüstanın Baş Prokurorluğu keçmiş merlə bağlı cinayət işini bərpa edib.

Azvision.az



Teqlər: Tbilisi   Mer   Həbs   Məhkəmə   Gürcüstan  





Xəbər lenti