Qardan sonra Bakı yollarında vəziyyət necədir? - FOTOLAR

  11 Fevral 2020    Oxunub : 3129
 Qardan sonra Bakı yollarında vəziyyət necədir? - FOTOLAR
Gecə saatlarından paytaxta yağan qar yollarda nəqliyyat vasitələrinin hərəkəti üçün hər hansı bir çətinlik yaratmayıb.
Bu barədə Azvision.az -a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. Bildirilib ki, yollarda buz bağlama halı müşahidə olunmayıb:

"Körpülərin üzərində və tunellərdə normal hərəkət müşahidə olunur. Qar yağması ilə əlaqədar yalnız gecə saatlarında Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ-Hava limanı avtomagistrallarında sürət həddi bütün zolaqlar üzrə 60 km/saatadək endirilib. Lakin səhər saatlarında yenidən sürətlər bərpa olunub. Səhər saatlarından bütün müntəzəm marşrut xətləri üzrə avtobuslar qrafikə uyğun olaraq xətlərə çıxarılıb. Bir daha sürücülərdən ehtiyyatlı olmalarını, sürət həddinə əməl etmələrini və meterioloji amilləri nəzərə almalarını xahiş edirik. Eyni zamanda piyadalara yolu qarşı tərəfə keçərkən mütləq piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik", - deyə BNA-nın yaydığı məlumatda qeyd olub.















Azvision.az

Teqlər: BNA   Yol