Qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb

Qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb
  11 Fevral 2020    Oxunub:1872
Bakı şəhər Baş Polis İdarəsi, Səbail Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 4-də saat 21 radələrində naməlum şəxs tərəfindən soyğunçuluq əməli törətməkdə şübhəli bilinən şəxs müəyən olunaraq tutulub.
BŞBPİ-dən Azvision.az -a verilən məlumatına görə, keçirilən təxirəsalınmaz tədbirlərlə 1988-ci il təvəlüdlü qadının qoluna toxunmaqla yerə saldığı və içərisində 390 manat pul, sənədləri və digər əşyaları olan əl çantasını talamaqda şübhəli bilinən 1986-cı il təvəllüdlü Bəhruz Muradov şübhəli şəxs qisimində tutularaq istintaqa təhvil verilib. Onun üzərindən 0,015 qram heroin, 0,697 qram marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, şübhəli şəxs ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Azvision.az



Teqlər: Polis   Cinayət  





Xəbər lenti