Əfqanıstanda hərbi akademiyaya hücum: 5 ölü, 15 yaralı

Əfqanıstanda hərbi akademiyaya hücum:    5 ölü, 15 yaralı
  11 Fevral 2020    Oxunub:2842
Əfqanıstanın paytaxtı Kabil şəhərində Marşal Fəhim adına Milli Müdafiə Universitetinin yaxınlığında partlayış baş verib. Hadisə nəticəsində azı 5 nəfər ölüb, 15 nəfər isə yaralanıb.
Azvision.az xəbər verir ki, bu barədə “Pajhwok” nəşri məlumat yayıb. Bildirlib ki, ölənlər əfqan əsgərləri və mülki şəxslərdir.

Əfqanıstan Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, terrorçu kamikadze özünü partladıb. Akademiyaya hücum edən terrorçuların beş nəfər olduğu bildirilir. Atışmanın gedişində terrorçulardan dördü öldürülüb, biri saxlanılıb.

Əməliyyatın başa çatdığı bəyan edilib.

Azvision.az


Teqlər: Əfqanıstan  





Xəbər lenti