Bakıda bir neçə nəfərə koronavirus testi tətbiq edilib

  Bakıda bir neçə nəfərə koronavirus testi tətbiq edilib
  11 Fevral 2020    Oxunub:3543
Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilən hər bir şəxs virusun müəyyənləşdirilməsi üçün ölkəyə gətirilən testlər vasitəsi ilə yoxlanılıb.

Bu barədə Azvision.az -a Kliniki Tibbi Mərkəzdən məlumat verilib. Bildirilib ki, bu testlərin cavabları mənfi olub, yəni həmin şəxslərdə xəstəlik aşkarlanmayıb.
"Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilənlər barədə mətbuata gündəlik məlumat verilib".

Qeyd edək ki, bu yaxınlarda Çindən Azərbaycana gələn şəxslər koronavirusla əlaqədar Klniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilmişdi. Hazırda onlardan bir nəfər şöbədə qalır, digərləri evə buraxılıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Çin   Koronavirus  





Xəbər lenti