Jirinovski sevgidən danışacaq: “Heç vaxt evlənməyin”

Jirinovski sevgidən danışacaq:  “Heç vaxt evlənməyin”
  11 Fevral 2020    Oxunub:3171
Rusiya Lideral Demokrat Partiyasınn sədri Vladimir Jirinovski sevgililər günündə gənclərə mühazirə oxuyacaq.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə siyasətçi özü məlumat verib.

"Cümə günü sevgililər günüdür. Bu mövzuda ofisimdə mühazirə oxuyacağam. Əsas məqamlar bunlardır: ilk baxışdan sevgi, qəddar sevgi - keçini də sevə bilərsən, heç vaxt evlənməyin, heç vaxt ərə getməyin, musiqini dayandırın – mənin sevgilim başqası ilə rəqs edir. Bu mövzuda gənclərlə danışacağıq", - deyə Jirinovski jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bütün ölkə miqyasında RLDP-dən başqa heç kim bu addımı atmayacaq.

Partiya sədri, həmçinin bütün arzu edənlərin sosial şəbəkələrdə canlı olaraq müzakirəyə qoşula biləcəyini vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya  





Xəbər lenti