Naxçıvanda iqtisadi artım - 10 ilin statistikası

Naxçıvanda iqtisadi artım -  10 ilin statistikası
  11 Fevral 2020    Oxunub:2619
2019-cu ildə muxtar respublikada ümumi daxili məhsul istehsalı 2 milyard 839 milyon 650 min manat olub ki, bu da 2009-cu ildəki göstəricidən 2,9 dəfə çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsul isə 2009-cu ilə nisbətən 2,5 dəfə artaraq 6201,5 manat olub.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Qeyd olunub ki, 2019-cu ildə ümumi daxili məhsulun tərkibində istehsalın payı 58,9 faiz təşkil edib. 2009-cu ildə bu göstərici 45,6 faiz səviyyəsində olub. 2009-cu illə müqayisədə sənaye məhsulu 4,8, əsas kapitala yönəldilən vəsaitlər 2,5, kənd təsərrüfatı məhsulu 2,7, nəqliyyat sektorunda yük daşınması, informasiya və rabitə xidmətləri hər iki halda 1,7 dəfə artıb.

Ötən il muxtar respublikada pərakəndə ticarət dövriyyəsi 2009-cu illə müqayisədə 3,6 dəfə artaraq 1 milyard 660 milyon 864 min 300 manat təşkil edib. Naxçıvan Muxtar Respublikası hər bir nəfərə düşən pərakəndə ticarət dövriyyəsinə görə ölkənin digər iqtisadi rayonları arasında ilk yerdədir.

2019-cu ildə əhaliyə göstərilən ödənişli xidmətlər 2009-cu illə müqayisədə 2,8 dəfə artaraq 243 milyon manata yaxın
olub.

Azvision.az


Teqlər: Naxçıvan   İqtisadiyyat  





Xəbər lenti