İşçiləri təcili yardımla səsverməyə göndərən baş həkim cəzalandırıldı
“O, izahatında qeyd edib ki, hava şəraitinin pis olmasına görə kollektivin xahişi ilə işçiləri səsverməyə aparmaq üçün təcili tibbi yardım avtomobili ayrılmasına icazə verib. Eynulla Novruzova bu hərəkətinə görə şiddətli töhmət verilib”.
Qeyd edək ki, sosial şəbəkələrdə 57 saylı Kürdəmir seçki dairəsinə aid seçicilərin təcili yardım maşını ilə səsverməyə aparılmasına dair görüntülər yayılıb.
Azvision.az