Nazirliyə vərəm xəstələri üçün 19 növ dərman verilib

Nazirliyə vərəm xəstələri üçün 19 növ dərman verilib
  11 Fevral 2020    Oxunub:2029
Səhiyyə Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) Azərbaycanda tibbi təchizat sisteminin gücləndirməsi istiqamətində əməkdaşlığını davam etdirir.
BMTİP-dan Azvision.az -a verilən məlumata görə, sonuncu çatdırılmada Hepatit C müalicəsi üçün 2 növ, İİV üçün 18 növ və vərəm pasiyentləri üçün 19 növ dərman preparatları Səhiyyə Nazirliyinə təhvil verilib. Dərman vasitələrinin satınalma və çatdırılma prosesini, “Ölkədə tibbi təchizat sisteminin gücləndirilməsində Səhiyyə Nazirliyinə dəstək” layihəsi çərçivəsində BMT-nin İnkişaf Proqramı həyata keçirir.

Layihənin məqsədi həyat xilas edən bu dərmanların qənaətli, şəffaf və vaxtında alınması prosesini dəstəkləməklə Azərbaycan əhalisinə keyfiyyətli tibbi xidmət göstərilməsini təmin etməkdir.

Qeyd edilməlidir ki, bu layihə hökumətin İİV/QİÇS, Hepatit C və vərəmə qarşı dərman vasitələrini maliyyələşdirməsinə təşviq məqsədilə QİÇS, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fondun dəstəyi nəticəsində ərsəyə gəlib. Hökumət adıçəkilən dərman vasitələrinin BMTİP tərəfindən satın alınması və ölkəyə gətirilməsi işini davam etdirilir.

Azvision.az


Teqlər: Səhiyyə   Dərman  





Xəbər lenti