Azərbaycanla Koreya arasında Anlaşma Memorandumu təsdiqlənib

Azərbaycanla Koreya arasında Anlaşma Memorandumu təsdiqlənib
  11 Fevral 2020    Oxunub:1629
Dövlət Statistika Komitəsi ilə Koreya Statistika Komitəsi arasında Anlaşma Memorandumu təsdiq edilib.
Azvision.az xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Koreya Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” Fərman imzalayıb.

Fərmana əsasən, Dövlət Statistika Komitəsi ilə Koreya Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında ötən il dekabrın 11-də Bakıda imzalanmış Anlaşma Memorandumu təsdiq olunub. Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Dövlət Statistika Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin edəcək. Xarici İşlər Nazirliyi isə Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Koreya Respublikası Hökumətinə bildiriş göndərəcək.

Azvision.az



Teqlər: Azərbaycan   Koreya  





Xəbər lenti