Hacı Nuran xəstəxanaya yerləşdirilib - FOTO

  12 Fevral 2020    Oxunub : 1906
Hacı Nuran xəstəxanaya yerləşdirilib - FOTO
Tanınmış aparıcı Hacı Nuran Hüseynov xəstəxanaya yerləşdirilib.
Azvision.az xəbər verir ki, aparıcı bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.

"Son günlərin gərgin rejimi səhhətimdə bəzi problemlər yaratdı. Xəstəxananı sevməsəm də, bəzən sevmədiyimiz nələrəsə tabe olmalı oluruq. İnsan sağlamlığının qədrini xəstələnəndə bilir. Özümü heç də yaxşı hiss etmədiyimdən müalicəyə ehtiyac vardı. Elə bilirdim ki, günü-günə satmaqla, müalicənin vaxtını uzada biləcəm. Amma alınmadı. 2 saatdan bəri davam edən müayinədən sonra həkimlərin qərarı qəti idi: yataq rejimi. Beləcə, bir müddət müalicə almalıyam", - deyə Hacı Nuran vurğulayıb.



Azvision.az

Teqlər: Hacı-Nuran   Xəstəxana