Çindən Bakıya gələnlərlə bağlı yeni məlumat

  12 Fevral 2020    Oxunub : 2031
 Çindən Bakıya gələnlərlə bağlı yeni məlumat
Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində qalan 1 nəfər evə buraxılıb.

Azvision.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaydığı birgə məlumatda bildirilib.

Qeyd olunub ki, xəstəlik alovlanan ərazidən gələn 12 nəfər isə xüsusi ayrılmış tibb müəssisəsində saxlanılır:
"Çinin Uhan şəhərindən yanvarın 29-u çıxan 6 nəfərin karantin müddəti bu gün bitir. Onların klinik vəziyyətlərində heç bir problem aşkarlanmayıb. Gün ərzində evə buraxılacaqlar. Xüsusi ayrılmış tibb müəssisəsində saxlanılan digər 6 nəfərin karantin müddəti fevral ayının 14-ü bitir , onların səhhətində də hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda qalan 6 nəfər də evə buraxılacaq".

Azvision.az

Teqlər: Səhiyyə