Daha bir marşrut "Bakıkart"a keçdi

Daha bir marşrut "Bakıkart"a keçdi
  12 Fevral 2020    Oxunub:1926
Fevralın 14-dən etibarən 26 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı BakıKart vasitəsilə ödəniləcək.
Bakı Nəqliyyat Agentliyindən (BNA) Azvision.az -a verilən məlumata görə, digər müntəzəm marşrut xətləri üzrə də nağdsız ödəniş sisteminə keçidlə bağlı işlər davam etdirilir. İş prosesinə uyğun olaraq qarşıdakı günlərdə digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

“Nağd qaydada fəaliyyət göstərən avtobuslar mərhələli şəkildə xətlərdən çıxarılaraq onlarda müəyyən texniki montaj, kabelləşmə işləri görülür. Proses sərnişindaşımada fasiləsizliyin pozulmamasını, görülən işlərin sərnişinlərə təsir etməməsini nəzərə alınmaqla icra edilir”,deyə məlumatda qeyd edilib.

Azvision.az


Teqlər: BNA  





Xəbər lenti