Ötən ay evlənmək istəyən 41 nəfərdə sifilis aşkarlandı

 Ötən ay evlənmək istəyən 41 nəfərdə sifilis aşkarlandı
  12 Fevral 2020    Oxunub:3618
2020-ci ilin yanvar ayı ərzində evlənmək istəyən 9947 nəfər tibbi müayinədən keçib. Onlardan 253 nəfərdə talassemiya daşıyıcılığı aşkarlanıb.

Bu barədə Azvision.az -ın sorğusuna cavab olaraq Milli Hematologiya və Transfuziologiya Mərkəzindən məlumat verilib. Bildirilib ki, ötən ay müayinədən keçən şəxslərdən 41 nəfərdə sifilis, 4 nəfərdə QİÇS qeydə alınıb.
Bundan əlavə, müayinədən keçən 2 cütlüyün hər ikisində talassemiya daşıyıcılığı aşkar edilib.

“Ümumilikdə, 2015-ci ildən indiyədək 645 311 nəfər müayinədən keçib. Onlardan 22 146 nəfərdə talassemiya daşıyıcılığı, 2 150 nəfərdə sifilis, 609 nəfərdə QİÇS aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 237 olub", - deyə məlumatda qeyd olunub.

Aytən Zəhra
Azvision.az


Teqlər: QİÇS   Sifilis   Xəstəlik  





Xəbər lenti