“Hasara alınan yerdə köşk qurulacaq” - Metropoliten rəsmisi

 “Hasara alınan yerdə köşk qurulacaq” -  Metropoliten rəsmisi
  12 Fevral 2020    Oxunub:2561
"Metronun "28 May" stansiyasının yaxınlığında görülən işlərin əsas məqsədi həmin sahədə olan tunellərin havalandırılmasının keyfiyyətini daha da yaxşılaşdırmaqdır. Həmçinin, tunel konstruksiyasının ətraf mühitdən mühafizəsini daha keyfiyyətlə təmin etməkdir".
Bunu Azvision.az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Qurum rəsmisi bildirib ki, aparılan işlər Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb: "Həmin ərazidə işlər gedəcək. Onun üzərində ərazinin estetik görkəminə xələl gətirmədən gözəl bir köşk qurulacaq".

Qeyd edək ki, sözügedən ərazi bir neçə gündür dəmir hasara alınıb.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: 28May   Metro   Tunel  





Xəbər lenti