“Ayıbdır, bunlar yaxşı hərəkət deyil” - Yeni seçilən deputatdan etiraz
Bunu Azvision.az -a açıqlamasında təhsil üzrə ekspert, 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputat seçilən Etibar Əliyev deyib. O, bildirib ki, müəllimlərə bu cür münasibətin olmasını normal hesab etmir.
E.Əliyevin sözlərinə görə, sosial şəbəkələrdə müəllimlərlə bağlı yazılan xoşagəlməz fikirlər onların reputasiyasına mənfi təsir göstərir:
"Bu cür hərəkətlər müəllimləri şagirdlərin və cəmiyyətin gözündən salır. Əgər bir neçə müəllim səs verirsə, onu "karusel" kimi qiymətləndirmək olmaz. Ola bilsin ki, qrup şəklində səsvermədə iştirak ediblər. Bunda nə var ki? Müəllimlərin ittiham olunmasının qəti əleyhinəyəm. Bunlara yolvermək olmaz", - deyə yeni seçilən deputat vurğulayıb.
Qeyd edək ki, son günlər sosial şəbəkələrdə parlament seçkilərində iştirak edən bəzi müəllimlərlə bağlı xoşagəlməz kampaniya aparılır.
Kənan Məmmədov
Azvision.az