Qarabağda daha 2 erməni əsgəri öldü

   Qarabağda daha 2 erməni əsgəri öldü
  12 Fevral 2020    Oxunub:3446
Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisində Ermənistan ordusunun daha 2 əsgəri ölüb.

Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, bu gün saat 11:30 radələrində 2000-ci il təvəllüdlü Tiqran Manvelyan aldığı güllə yarasından ölüb. Onun ölüm səbəbi araşdırılır.
Bundan başqa, 2019-cu ildə hərbi xidmətə çağrılan Tiqran Mxoyan ona təhkim olunan silahla baş nahiyəsinə atəş açaraq özünə qəsd edib.

Qeyd edək ki, cari ilin 1 yanvar tarixindən fevralın 9-dək olan müddətdə Ermənistan ordusunun 8 əsgəri ölüb. Onların hamısı qeyri-döyüş şəraitində həyatlarını itiriblər.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Erməni   Əsgər  





Xəbər lenti